Kullanıcı mesaj:Melikov Memmed/2011

Vikipedi:Kategori tartışmaları/Azeriler

değiştir

Mənim şərhimi axı niyə redaktə edirsən? ----Cek Li Taranmesaj 11:12, 10 Mayıs 2011 (UTC)

Mən elə bildim Siz sadəcə adı səvh yazmısınız, düzəltdim, indi anladım ki, mövzunu bilmirsimniz. Azer filan olmayıb, tarixdə "Azəricə məsələsi" var--Melikov Memmedemail 11:20, 10 Mayıs 2011 (UTC)

Mövzunu bilirəm. Amma hazırda əlimdə konkret mənbə yoxdur. Lakin Azər xalqı haqqında eşitmişəm. Elə ona görə də Azerler yazdım. Hazırda mövcud olmayan xalq Azər xalqıdır. ----Cek Li Taranmesaj 11:23, 10 Mayıs 2011 (UTC)

Xəbərdarlıq şablonu

değiştir

Xəbərdarlıq şablonunu niyə çıxardırsan? Zəhmət olmasa, Azerbaycanlılar səhifəsində etdiyin dəyişikliyi geri qaytar. ----Cek Li Taranmesaj 12:26, 10 Mayıs 2011 (UTC)

Əslində bu xəbərdarlıq deyil, çünki geri götürmələri Siz başlamısınız və xəbərdarlığa da bu çür "cavab" versiniz. Azerbaycanlılar səhifəsindəki dəyişikliyi nə üçün geri qaytarım, Siz öz hərəkətləriniz ilə nəinki Vikipediya qaydalarını pozursunuz (kaynaksız filansız), həm dostlarımızdan birinin Azəri sözünü Azərbaycanlı sözü ilə əvəz etmək istəyinə "kökündən balta" vurursunuz. Mən türkəm, ancaq azəri deyiləm--Melikov Memmedemail 12:35, 10 Mayıs 2011 (UTC)
Mən də cekliyəm. Ancaq azəri deyiləm. Amma azərbaycanlıyam. ----Cek Li Taranmesaj 12:40, 10 Mayıs 2011 (UTC)
Siz Azərbaycan vətəndaşısınız, ancaq azərbaycanlı deyilsiniz, çünki Azərbaycan rəsmi olaraq bu belədir. Azərbaycanlılar Azərbaycan türkləridir. Baxa bilərsiniz az:Azərbaycanlılar. Məlumat üçün deyim ki, Türkiyədə də tam əksidir, Türklər Türkiyə vətəndaşı sözün əvəz edir--Melikov Memmedemail 12:48, 10 Mayıs 2011 (UTC)
Xeyr. Yanılırsınız. Bütün Azərbaycan türkləri (Azərilər) azərbaycanlıdır. Amma azərbaycanlıların hamısı Azərbaycan türkləri (Azərilər) deyil. ----Cek Li Taranmesaj 12:52, 10 Mayıs 2011 (UTC)

Əslində mən də Sizin kimi düşünürəm, yaxşı olardı Azəbaycanlılar Azərbaycan vətəndaşları sözünü əvəz edərdi, təəssüf ki belə deyil. Azərbaycandakı rəsmi etnik qruplar üçün baxa bilərsiniz [1] --Melikov Memmedemail 12:58, 10 Mayıs 2011 (UTC)

O saytdan xəbərim var. Və bilirəm ki, o saytdakı məlumatlar reallığı əks etdirmir. Çünki orada Şahdağ xalqları haqqında heç bir məlumat əks olunmayıb. Halbuki, Şahdağ xalqlarının sayı 45 min nəfərdən çoxdur... ----Cek Li Taranmesaj 13:04, 10 Mayıs 2011 (UTC)

Bu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 1999-cu il üçün rəsmi statistika rəqəmləridir (rəsmi statistika - ... səlahiyyətli orqanların aldıqları məlumatlardır). Bu rəsmi sayt “adi” sayt deyil. Siz hansı əsaslar ilə iddia edirsiniz ki, 1999-cu ildə əslində Şahdağ xalqlarının sayı 45 min nəfərdən çox olub? Yəni bu cür müzakirələr bitib-tükənməz, gələcəkdə vaxt olanda AzVikidə müzakiə edərik.--Melikov Memmedemail 05:20, 11 Mayıs 2011 (UTC)

Mən 1999-cu il ilə bağlı konkret fikir söyləməmişəm. Şahdağ xalqlarının 45 min nəfərdən çox olması ilə bağlı əsaslar isə mənim və digər Şahdağlı tədqiqatçıların hesablamalarına söykənir. Həmçinin bubu resurslarda da 45 min rəqəmi dəqiq göstərilib. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hesablamalarını mən real rəqəmlər hesab etmirəm. Çünki o hesablamaların hansı formada aparılmasından xəbərim var... ----Cek Li Taranmesaj 10:34, 11 Mayıs 2011 (UTC)

Məncə öz dilimzde öz istifadəçi səhifələrində yazmamız daha doğru. Ancaq ilk öncə etibarlı mənbə məsələsini aydınlaşdırmalıyıq. Azərbaycan mənbələrindən tək akademik olanı İqrar Əliyevdir, o da tam əksini yazıb, yəqin bilirsiniz. Qeyri-akademik, "daxili bazar" üçün nəzərdə tutulmuş əsərləri Sizin burada mənbə göstərməniz gec-tez Rusca Vikipediyada olduğu kimi burda da tez-geç Azərbaycan elmini gözdən salacaq. Məsələn, Siz mənbələri dəyişirsiniz, istər Qeybullayev, istər Firudun bəy öz kitablarında bunlar ümumiyyətlə "daxili təbliğat" üçün nəzərdə tutulsa belə yenə də Siz iddia edən mənada "Midiyalılar Türk olublar" yazmayıblar. Qeybullayev öz öz əsərinə elə bir ön söz yazıb ki, hər şeyi izah edir, ancaq onu Vikipediyada mənbə kimi istifadə etmək mümkün deyil. Firudun bəy elə məqalədə öz yazdığınız kimi Midiyalıların kim olduğunu bilmir. Nə üçün bu mənbələri istifadə edirsiniz?--Melikov Memmedemail 10:17, 6 Haziran 2011 (UTC)

Ok. Məncə siz reedaktə müharibəsi apararaq, Amirin versiyasını revert edərək, midiyalıları iranlı xalq olduğu haqqında fikrin yeganə elmi/düzgün/ qəbul edilən olması məsələsini irəli sürüsünüzsə, o zaman elə həmin medler məqaləsində gözümə ilişən, Medlerin tarihi ve kökeni çok belirsizdir, hemen hemen hiçbir çağdaş bilgiye, nede Medya'nın kendisine ait bir yazıt veya anıta sahip değiliz. İranlı elementlerin diğer kabileleri yöneten İranlı isimleri taşıyan prenslerin vesilesi ile nasıl yavaş yavaş nasıl egemen hale geldiğini rahatlıkla görebiliriz. M.Ö. 800 yılındaki bir Assur askeri raporunda 28 Med şefinin ismi listelenmiştir, fakat bunlardan yalnızca birisi İranlı olarak tanımlanmıştır. M.Ö. 700 yılındaki bir başka rapor 26 isim listeler; bunlardan, 5'i İranlı olarak gözükmektedir, diğerleri değildir. cümlələrini izah edin. Bu cümlələrə görə midiyalılar iranlı deyil ya da mən düz anlamıram. --N KOzimesaj 10:24, 6 Haziran 2011 (UTC)
Məqalə keçmişinə baxsanız mənim bu məqaləyə konkret "Azeri halkıdır" fikrinə etiraz etməkdən başqa digər heç bir redaktəm olmayıb. Ancaq sualınıza cavab kimi "diğerleri değildir" o demək deyil ki, "Medler bir Azeri halktır". Ayrıca məqalənin tərəfsiz olmasına da əmin deyiləm, görünür əvvəlkilər də daha çox "farssevər" olublar--Melikov Memmedemail 10:37, 6 Haziran 2011 (UTC)
Qısa desək, əgər midiyalılar iranlı deyillərsə, onda ya sami, ya qafqazlı, ya da prototürk ola bilərlər. Dördüncü versiya yoxdur. Amma siz mənə cavab vermədiniz, nəyə görə midiyalıları azəri yazılan mənbələri silib, iranlı yazılan mənbələri saxlayırsınız? --N KOzimesaj 10:41, 6 Haziran 2011 (UTC)
Biz gərək mənbələrdə olan faktları yazaq, mənbə əsasında özümüz qərar verib nə isə yaza bilmərik. Mən ilk öncə özüm dəqiq bildiyim ki, "Midiyalılar Azəri xalqdır" üçün mənbə ola bilməyəcək kitabları sildim, çünki tam əminəm. Ancaq iranlı mənbələri araşdırmaq lazım. Birincisi bunlar akademik nəşrlərmi? İkincisi əgər akademik nəşrlər isə, orada "Azeri" kimləri nəzərdə tutur? Yəni nəzərə almaq lazımdır ki, İranda bir mötəbər tarixçi qədim Azərilər nəzərdə tutaraq belə yazmış, sadəcə burada Türkiyədə işlədilən "Azəri" ifadələri üçün söz oyunundan istifadə edərək mənbə göstərirlər. Yəni hələlik mənbənin özünün qeyri-akademik və ya istifadəsinin yanlış olmasını aydınlaşdırmamışam. Məsələn, Əhməd Kəsrəvi Azeri Midiyalılar dili olub yazıbsa, mən necə "bu bir akademik nəşr deyil" yaza billərəm? Bu halda mənbələrin silinməsi üçün səbəb "Kəsrəvi Azərbaycan türklərin nəzərdə tutmur" olmalıdır. Yəni Sizlə məsələni aydınlaşdırım, sonra keçim "cənuba" --Melikov Memmedemail 11:28, 6 Haziran 2011 (UTC)
Yaxşı bu vandalizm edən İP-lər kimdir? Siz kiminlə eyni mövqe nümayiş etdirdiyinizi bilirsinizmi? --N KOzimesaj 12:22, 6 Haziran 2011 (UTC)

Ümumiyyətlə, akademik deyil, geoloqdu yarlıklarından tez-tez istifadə edirsiniz. --N KOzimesaj 12:27, 6 Haziran 2011 (UTC)

Sual (təkrarən): Bu midiyalıların dilinə dair faktlar yoxdursa, onun irandilli olması barədə məlumatlar hardandı?

Niyə məqalədə mənbələrdən birini silib, digərini saxlamışdınız?
Googlede medler sözünü türkcə axtarın, görəcəksiniz ki onların İrandilli olması kimə lazımdı?
16 mənbənin hamısının qeyri-akademik olduğunun isbatını gətirin.
Gözəl yarlıklardan istifadə edirsiniz. Maşallah! --N KOzimesaj 12:51, 6 Haziran 2011 (UTC)

Sizcə, bu qədər dəyişiklik, redaktə müharibəsi aparan qonaqlar, yalnız həqiqət tapmaq ümidindədirlərmi? Çox sadə düşünürsüz. --N KOzimesaj 13:14, 6 Haziran 2011 (UTC)

İş birliği duyurusu!

değiştir

Yeni İş Birliği Projesini Keşfedin!
  2011'in 32. hafta projesi Afiş aranan filmler kategorisinin temizlenmesi olarak seçilmiştir. 


  Şimdi rekabete ortak olun. Çünkü, iş birliği takımı ile daha rahat, kolay ve hızlı katkıda bulunabilirsiniz.  
  Ayrıca özel önerilerinizle yeni iş birliği konuları aday gösterin ya da mevcut adaylıkları sonuca bağlayın.  
Teşekkürler! ----82 ~145 ileti 21:17, 9 Ağustos 2011 (UTC)
Bundan sonraki haftalar için bilgi mesajı almak istemiyorsanız lütfen bu sayfaya imzanızı bırakın.
"Melikov Memmed/2011" kullanıcı sayfasına geri dön.